Ölkəmizdə 3062 nəfər talassemiya xəstəsi dispanser qeydiyyatındadır
31 AVQUST
64

Ölkəmizdə 3062 nəfər talassemiya xəstəsi dispanser qeydiyyatındadır

“2015-2020-ci illər üçün Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı”nın icrası çərçivəsində talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin səviyyəsini və donor qanı ilə təminatının yaxşılaşdırılması üçün tədbirlər görülür.

Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədovun verdiyi məlumata görə, hazırda ölkəmizdə 3062 nəfər dispanser qeydiyyatında olan xəstə var. Onlardan 1085 nəfərinə eritrosit kütləsi köçürülüb.

Bu ilin 7 ayı ərzində 8 xəstə üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılıb. İlin sonuna qədər daha 7 xəstə üzərində sümük iliyi əməliyyatı aparılması nəzərə tutulub.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır