ATU-nun Tədris Terapevtik Klinikasında 150 nəfər pulsuz kardioloji müayinədən keçirilib
31 AVQUST
56

ATU-nun Tədris Terapevtik Klinikasında 150 nəfər pulsuz kardioloji müayinədən keçirilib

Sağlamlığın keşiyində durmaq, mümkün qədər çox xəstəyə yardım göstərmək bütün həkimlərin borcudur. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında bu məqsədlə növbəti aksiya keçirilib.

ATU-nun mətbuat xidmətindən Fins.az-a bildiriblər ki, bir ay ərzində davam edən aksiya zamanı vətəndaşlar ödənişsiz kardioloji müayinədən keçirilib. Klinikaya müraciət edənlərin kardioqraması çıxarılıb, onlar kardioloq tərəfindən müayinə olunublar.

Kampaniyada iştirak üçün müraciət edən xəstələrin hamısının göstərilən xidmətdən razı qaldıqlarını vurğulayan klinikanın kardioloqu Rəhimə Qabulova artıq 150 nəfərin müayinədən keçirildiyini bildirib: “Müraciət edənlər arasında ciddi narahatlıqla bağlı şikayət edənlərlə yanaşı, ümumi müayinəyə gələnlər də olub. Onların bəzilərindən zəruri laborator analizlər də götürülüb. Nəticədə hər bir xəstəyə lazımi məsləhətlər verilib. Klinika olaraq, bu cür aksiyaları daha çox keçirməyə çalışırıq”.

Aksiya avqustun 31-də başa çatacaq.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır