Ac qalma insanı hansı xəstəliklərdən qoruyur?
06 SENTYABR
59

Ac qalma insanı hansı xəstəliklərdən qoruyur?

Ac qalmanın şəkər xəstələrinə müsbət təsirləri ilk dəfə 1910-cu ildə meydana çıxdı. Bir qədər sonra 1915-ci ildə alimlər təsdiqlədilər ki, ac qalma şəkərin səviyyəsini qanda normallaşdırır, diabetlə əlaqəli toxumaların qanqrenvari zədələnməsinin qarşısını alır. Aclıq həmçinin epilepsiya zamanı da kömək edir. Tutmalar daha yüngül və nadir hallarda olur.

Ac qalmaq piylənməni müalicə edir. Ac qalma zamanı itirilən hər 1 kiloqram çəkinin yarısı piydən ibarətdir. Lakin buna məqsədyönlü ac qalma ilə çatmaq olar.
Ac qalmaqla ürək xəstəliyinin və hipertoniyanın müalicəsində istifadəsinin çoxlu sübutları var. Ac qalmaq orqanizmdə piyin miqdarını, arterial təzyiqi və qanda xolesterinin səviyyəsini azaldır. Bununla yanaşı, arterial divarlarının piylənməsi riskini və ürək tutmasının əmələ gəlməsinin qarşısını alır.
1984-cü ildə ac qalmanı mədəaltı vəzin kəskin iltihabının müalicəsi vasitəsi kimi istifadə etməyə başladılar. Özü də nəticələr adi simeditinlə müalicə üsulundan daha uğurludur.
Aclıq zəhərlənmə zamanı da kömək edir. Misal olaraq, 10 günlük aclıq zamanı keyfiyyətsiz yağın istifadəsindən zəhərlənmiş bir qrup insanda zəhərlənmə simptomlarının aradan getməsi hadisəsini qeyd etmək olar. Tədqiqatçılar qeyd edirlər ki, aclıq autoimmun (dərinin tuberkulyozu, revmotoidli artrit, qlomerulonefrit)  xəstəliklərdən əziyyət çəkən xəstələrə də kömək edir. Qlomerulonefrit zamanı görsənmişdir ki,ac qalmaq xüsusən xəstəliyin ilk mərhələlərində kömək edir. Mütəxəssislər bildirirlər ki, kəskin qlomerulonefrit zamanı ac qalmaq zəruridir.

©Dəyərlər.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır