Gizli şəkərin əlamətləri
06 SENTYABR
90

Gizli şəkərin əlamətləri

İnsulin rezistentliyinin, yəni gizli şəkərin ilkin əlamətləri hansılardır?

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının III daxili xəstəliklər kafedrasının assistenti, endokrinoloq-dietoloq Səmayə Əliyeva universitetin mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: “Insulin rezistentliyinin, yəni gizli şəkərin ilk on əlaməti var. Bunlar tez acma və gec doyma hissi, yeməkdən bir saat belə keçməmiş təkrar yemək istəyi, şirin qidalara qarşı tələbatın artması, yeməkdən sonra yaranan yorğunluq, halsızlıq və yuxulama hissi, səhər yuxudan duranda yorğunluq, halsızlıq hissi və günə kefsiz, narahat başlamalar, yuxu pozğunluğu, səbəbsiz yerə yuxudan oyanmalar və gec saatlarda yemək istəyi, aclıq olduğu zamanlarda əsəbi, gərgin olmalar və aclığa tab gətirə bilməmələr, səbəbsiz yerə gecə tərləmələri, xüsusən bədənin yuxarı hissəsi və boyun nahiyyəsinin tərləməsi, diqqəti çəkəcək dərəcədə cinsi istəksizlik halları, asan kilo alıb, çətin kilo vermələr, piy toxumasının adətən qarın nahiyyəsində artması, səbəbsiz baş ağrılar, halsızlıq, diqqətin və yaddaşın zəifləməsi.

Bu hallar baş verdikdə həkim müayinəsindən keçmək mütləqdir”.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır