Piylənmə xərçəngin 16 növünü yarada bilər
07 SENTYABR
91

Piylənmə xərçəngin 16 növünü yarada bilər

Piylənmə onkoloji xəstəliklərin inkişaf riskinin əsas səbəblərindən biri kimi artıq təsdiqlənib.

Artıq çəki bədxassəli şişlərin hüceyrələrini “qidalandırır”. Peşəkarların fikrincə, növündən və insan orqanizmində necə yerləşməsindən asılı olaraq, xərçəngin inkişafına piy müxtəlif vasitələrlə təsir edə bilir. Yuta Universitetində C.Xantsman adına Xərçəngin Öyrənilməsi İnstitutunun bir qrup tədqiqatçısı onkologiyanın artıq çəki ilə əlaqəli olduğunu bildiriblər. Artıq çəki ucbatından xərçəngin 16 növü yarana bilər.

Məlum olub ki, piy hüceyrələri xərçəngin yayılması üçün əlverişli mənbədir, həmçinin onların inkişafına imkan yaradır. Məsələn, ağ piy toxuması (həmçinin qəhvəyi və bej rəngdə də olur) əsasən döş xərçənginin ağır dərəcəsi olan pasiyentlərdə tapılıb. Alimlər, həmçinin öyrəniblər ki, ağ piy toxuması döş xərçəngi riskini artırır. Hazırda mütəxəssislər pasiyentlərdə şişin inkişafı ilə bağlı proseslərin qarşısının alınması yollarını axtarmağı planlaşdırırlar.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır