Uşaqlar arasında dərman zəhərlənmələrinin təşviş doğuran STATİSTİKASI – 140 fakt
07 SENTYABR
46

Uşaqlar arasında dərman zəhərlənmələrinin təşviş doğuran STATİSTİKASI – 140 fakt

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə il ərzində 120-140 uşağın dərmandan zəhərlənməsinə görə müraciət edilir.

Bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənən uşaqlar arasında ölüm halları baş versə də, bu say az olur: "Çox zaman evdə nəzarətin olmasına baxmayaraq, uşaqlar imkan tapıb dərmanları qəbul edirlər. Onlar adətən, nənə, babalarının dərmanlarını qəbul edirlər. Bu dərmanlar da əsasən, qan laxtalanmasına, təzyiqə qarşı olur. İndi dərmanların çoxu rəngbərəng, dadı isə şirin olduğundan uşaqlar onlara maraq göstərir və içirlər. Yaxsı olar ki, dərmanlar uşaqların əllərinin çatmadığı yerlərdə qoyulsun".

Bəzən uşaqların sirkə turşusu da içdiyini deyən A.Maqsudov bildirib ki, sirkə turşusunu əsasən 25-40 yaşlılar və yaşı 60-dan çox olanlar qəbul edirlər: "Ümumilikdə, sirkə turşusu içənlərin 40 faizi buni sui-qəsd, qalanları isə affekt vəziyyətində, kimisə qorxutmaq məqsədilə onu qəbul edirlər. 2 xörək qaşığı sirkə turşusu ölümçül sayılır. Lakin bəzən az dozada sirkə turşusu içən xəstə də dünyasını dəyişir, yüksək dozada sirkə içən xəstəni isə xilas etmək mümkün olur. Bu, əsasən, sirkə qəbulu nəticəsində yaranan fəsadların dərəcəsindən asılıdır".

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır