Nanə, sirkə, lavanda... YAĞLI SAÇLARLA VİDALAŞIN
11 SENTYABR
231

Nanə, sirkə, lavanda... YAĞLI SAÇLARLA VİDALAŞIN

Saçlarınızın parlaq görünüşə qovuşması üçün kosmetoloqlar müxtəlif maskalar, qarışımlar təklif edirlər. Amma onlar həmişə ürəkaçan nəticə vermir. Yağlı saçlardan birdəfəlik qurtulmaq üçün verdiyi mükəmməl nanəli resept təqdim edir.

Tərkibi:

1 qaşıq lavanda otu

1 xörək qaşığı nanə

1 xörək qaşığı ardıc meyvəsi

250 qram alma sirkəsi

Hazırlanması və istifadəsi:

Lavanda otu, nanə, ardıc meyvəsi və alma sirkəsini qarışdırın. 1 həftə gözlətdikdən sonra, qarışığı süzüb saçlarınıza masaj edərək sürtün. 1 saat sonra  yuyun. Bu qarışımdan vaxtaşırı istifadəsi mükəmməl nəticə verəcək. Bir neçə istifadədədn sonra saclarınızın necə parlaq və canlı göründüyünə siz də şahid olacaqsınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır