Keçən il əvvəlki illərlə müqayisədə daha az şəkərli diabet xəstəsi qeydiyyata alınıb
11 SENTYABR
32

Keçən il əvvəlki illərlə müqayisədə daha az şəkərli diabet xəstəsi qeydiyyata alınıb

Azərbaycanda ilk dəfə qoyulmuş diaqnoza əsasən şəkərli diabet xəstələrinin sayı son iki illə müqayisədə bir qədər azalıb. İnişil həmin xəstəliyə mübtəla olub qeydiyyata düşənlərin sayı 25,1, keçən il 24,3 min nəfər idisə, bu il onların sayı 23,9 min nəfərdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların arasında insulindən asılı xəstələrin sayı 1,5 min, asılı olmayanların sayı 22,4 min nəfərdir.

Müalicə-profilaktika müəssisələrində 226,9 min nəfər qeydiyyatda olan şəkərli diabet xəstəsi var. Onlardan 28,8 min nəfəri insulindən asılı, 198,1 min nəfəri insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır