Bu il Bakıda 68 qadın evdə doğuş edib
12 SENTYABR
39

Bu il Bakıda 68 qadın evdə doğuş edib

"Bu ilin 8 ayı ərzində evdə doğuşlarla bağlı Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 68 müraciət olub, hamısı xəstəxanaya yerləşdirilib". 

Bunu Stansiyanın baş həkim müavini İradə Əliyeva deyib. 

"Evdə doğuşu həyata keçirilən ana və uşaqların hamısı təcili yardım həkimləri tərəfindən hospitalizasiya olunur" - deyən İ.Əliyeva qeyd edib ki, təcili yardım həkimləri hadisə yerinə çatanda artıq doğuşlar bitmiş olur. 

O bildirib ki, evdə doğuşları adətən 2-3-cü hamiləliyi olan qadınlar edir: "Birinci hamiləlikdə evdə doğuşlara çox az rast gəlinir. Belə hallar adətən Bakıətrafı kəndlərdə yaşayan əhali arasında qeydə alınır. Onların əksəriyyəti də rayondan Bakıya yaşamağa gələnlər və az sayda qonaqlar da olur. Araşdırma zamanı məlum olur ki, evdə doğuşu həyata keçirilən qadınlar qadın məsləhətxanalarına hamiləlik zamanı ya bir-iki dəfə gediblər, ya da ümumiyyətlə getməyənlərdir".

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır