Bu il yaşayış yeri məlum olmayan 200-dən çox şəxsə ilkin tibbi yardım göstərilib
12 SENTYABR
29

Bu il yaşayış yeri məlum olmayan 200-dən çox şəxsə ilkin tibbi yardım göstərilib

"Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTYS) bu ilin səkkiz ayında 455 900-dən artıq ümumi müraciət daxil olub".

Bunu stansiyanın baş həkim müavini İradə Əliyeva bu gün keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, müraciət edənlərdən 43 070-dən çoxu xəstəxanalara yerləşdirilib: "Uşaqlar üçün edilən çağırışların sayı 51 600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8560-dan artıq olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çox olub". 

O qeyd edib ki, qəfləti xəstəliklərlə müraciətlərin sayı 254 230, ürək qan-damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 50 267, hospitalizasiya 8926, miokard unfaktı ilə müraciətlərin sayı 577, hospitalizasiya 550-ə yaxın, insultla müraciətlərin sayı 2497, hospitalizasiya  2224, doğuşla bağlı müraciətlərin sayı 2087, hospitalizasiya 2077, zədələnmələrin ümumi sayı 14072, hospitalizasiya 8728, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1587, hospitalizasiya 1393 olub ki, bu rəqəmdə də ötən illə müqayisədə artım qeydə alınıb".

İ.Əliyeva bildirib ki, bu müddət ərzində BŞT və TTYS bölmələrinə birbaşa müraciətlərin sayı 25 206, hospitalizasiya 2360 olub. "Təcili tibbi yardıma ehtiyacı olan yaşayış yeri məlum olmayan 220 nəfərdən artıq şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib. Yay mövsümü başlanandan ilan sancması ilə bağlı 40 müraciət daxil olub və 39 haldan hospitalizasiya icra edilib. Bunlardan 6 nəfəri uşaqdır və hamısı hospitalizasiya edilib. Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-dən artıq körpə Respublika Perinital Mərkəzinə, K.Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstutuna hospitalizasiya icra edilib".

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır