Qəhvə mədə ağrılarına səbəb olur
12 SENTYABR
36

Qəhvə mədə ağrılarına səbəb olur

Mədənizin sağlam olmasını istəyirsinizsə, qəhvədən az istifadə edin.

Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov ATU-nun mətbuat xidmətinə bildirib.

Həkim deyib: “Çox ət yeyənlər səhərlər limon şirəsi içməklə, mədə qıçqırmasının qarşısını ala bilərlər. Bunun üçün həmçinin 20-30 qram kəklikotunu bir litr qaynanmış suda dəmləyib, süzdükdən sonra oan bir qədər bal əlavə etmək olar. Hazır məhlulu yeməkdən sonra bir fincan içmək məsləhətdir. Mədə üçün münasib yeməklərdən biri də kahıdır. Xörək yeyərkən kahıdan istifadə etmək lazımdır. Xörəkdən qabaq balı su ilə qatıb şərbət kimi içmək də mədə şirəsinin ifrazına kömək edir.

Mədə ağrısı, turşuluğun artması və gizilti zamanı bağayarpağını azca suda qaynadıb, 15 dəqiqə dəmə qoyduqdan sonra süzərək, az miqdarda bal qataraq şirin edib, istifadə etmək olur. Şirinbiyan həzm ağırlığı zamanı faydalı bitkilərdən biri hesab edilir. Gülümbaharın dəmləməsi mədə ağrısı və həzm pozğunluğu zamanı işlədilir. Yerkökü mürəbbəsi mədə zəifliyinə qarşı yaxşı dərmandır.

Çödükotunun dəmləməsi də mədə zəifliyi zamanı işlədilir. Bu baxımdan süsənbər də eyni təsirə malikdir. Gülxətmi kökünün dəmləməsi mədə xorası üçün tövsiyə edilir. Mədə üçün faydalı meyvələrdən biri də heyvadır. Onu suda bişirib yemək məsləhətdir. Soğan və tərxun mədə üçün faydalıdır, həm də infeksiyaya qarşı təsirlidir”.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır