Ötən il 57, 6 min hamilə qadın həkimlərə müraciət edib
13 SENTYABR
48

Ötən il 57, 6 min hamilə qadın həkimlərə müraciət edib

Keçən il ərzində 1,8 milyon nəfərdən çox ölkə sakini müxtəlif xəstəliklərə düçar olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Onlardan 749,4 min nəfəri tənəffüs orqanları, 142,3 min nəfəri qan dövranı sistemi, 163 min nəfəri həzm sistemi, 116,8 mini infeksion və parazitar, 104,7 min nəfəri sidik-cinsiyyət sistemi, 73 min nəfəri sinir sistemi, 67,6 min nəfəri göz və gözün əlavə aparatının xəstəlikləri ilə əlaqədar müayinə olunaraq müalicə alıblar.

İl ərzində 57, 6 min qadın hamiləliklə əlaqədar həkimlərə müraciət edib. 

©Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır