Burunda olan poliplər orqanizmdə ağır fəsadlar yaradır
15 SENTYABR
75

Burunda olan poliplər orqanizmdə ağır fəsadlar yaradır

Burun boşluğunda poliplərin olması yaşından asılı olmayaraq müxtəlif yaş kateqoriyaları arasında müşahidə olununan problemlərdəndir. Əslində bu problem təhlükəli xəstəliklərin yaranmasına şərait yaradır.

Tibb və fəlsəfə üzrə elmlər doktoru Şəmsiyyə Namazlının Fins.az –a verdiyi açıqlamaya görə,  burun boşluğunda olan poliplər tənəffüs yollarında bir sıra xəstəliklərin yaranmasına səbəb olur.  Onun sözlərinə görə ilk növbədə bu problemi olan insanlar narahatçılığı beyin – qan dövranında hiss edirlər.  Belə ki , bu insanlarda beyində oksigen  təminatının azlığı ilə əlaqədar olaraq , yuxululuq , yaddaş zəifliyi , gün ərzində halsızlıq  kimi hallar müşahidə olunur.  

Şəmsiyyə Namazlının sözlərinə görə , burun boşluğunda olan polip ürək – damar sisteminə də zərbə vurur. Bu problemi yaşayan insanların ürəyində həmişə hipoksiyalar baş verir.Bu zaman ürək əzələsində oksigen çatışmazlığı yaranır, insan tənginəfəs olur, nəbzi sürətlə vurur.  Həkimin sözlərinə görə, bu cür insanlar gecə yatarkən , nəfəs ala bilmədiklərindən ağzı açıq yatırlar ki, bu da ağızda quruluq – farengitə səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır