Bəziləri çox yesə də kökəlmir – 3 səbəb
20 SENTYABR
87

Bəziləri çox yesə də kökəlmir – 3 səbəb

Hazırda dünyada çox insanlar köklükdən əziyyət çəkirlər.  Lakin kökəlmək arzusunda olan və buna nail ola bilməyən insanlar da cəmiyyətdə az deyil.  

Bu cür insanlar nə qədər çox yesə də kökəlmir. Dietoloq Leyla Zülfüqarlı Fins.aza bildirdi ki, çox yesə də kökələ bilməyən insanlar bu üç səbəbə görə kökələ bilmirlər..Birinci səbəb orqanizmdə metobolizmin sürətli olmasıdır.

İkinci səbəb isə genetik mənşəlidir. Üçüncü səbəb isə həmin insanların  hiperaktiv olmasıdır ki bu səbəbdən onlar kökələ bilmirlər. Hətta ingilis alimlərinin apardığı araşdörmalar isə sübut edib ki, bəzi insanların kökəlməyə meylli olmamalarının səbəbi  onların qanlarındakı şəkər səviyyəsinin qidalara fərqli reaksiya verməsidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır