Bakıda hemofiliyaya dair beynəlxalq konfrans keçiriləcək
25 SENTYABR
75

Bakıda hemofiliyaya dair beynəlxalq konfrans keçiriləcək

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hər il olduğu kimi beynəlxalq səhiyyə və pasiyent konfranslarında Azərbaycanı layiqincə təmsil edib. Belə ki, 2016-cı ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Norveçin Stavanger şəhərində Avropa Hemofiliya Konsorsiumunun beynəlxalq konfransının Azərbaycanda keçirilməsinə namizədliyini irəli sürdü. Avropanın 44 ölkəsinin təşkilatları səs vermə ilə Azərbaycanı seçdi.

Fins.az xəbər verir ki, bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov bildirib. A.Hüseynov qeyd edib ki, 2018-ci il oktyabr ayında hemofiliyaya dair Azərbaycanda dörd günlük beynəlxalq konfrans keçiriləcək.

“Konfransa 400-ə yaxın irsi qan xəstəlikləri ilə məşğul olan Avropanın məşhur hematoloqlar, hepatoloqlar, genetiklər, travmatoloqlar, cərrahlar, stomatoloqlar və sair tanınmış alimlər qatılacaq. Bu tədbirin keçirilməsi Azərbaycanımızın daha da dünyada tanınmasında və səhiyyəmizin inkişafında böyük rolu olacaq. Bu il isə 30-cu Avropa Hemofiliya Konsorsiumunun konfransı Vilnyusda keçiriləcək və biz bu konfransda böyük kampaniya aparacağıq ki, 2018-ci ildə Azərbaycanda keçirilən 31-ci konfransa daha çox iştirakçı qatılsın” – dəyə A.Hüseynov diqqətə çatdırıb.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır