Ətin orqanizmə faydası – MÜTƏXƏSSİS RƏYİ
25 SENTYABR
617

Ətin orqanizmə faydası – MÜTƏXƏSSİS RƏYİ

Qoyun və mal əti tərkibində olan vitamin və minerallara görə demək olar ki , eynidir.  Mal ətində zülal daha çoxdur.  Lakin araşdırmalar təsdiq edib ki, qoyun əti ekoloji daha təmiz sayılır ki, qoyunların bəslənməsi üçün təbii otlaqlardan istifadə olunur. Tibb.fins.az–a açıqlama verən dietoloq Leyla Zülfüqarlının sözlərinə görə , qoyun əti ilə müqayisədə mal əti orqanizm üçün daha faydalıdır.

Çünki qoyun ətində donmuş yağ turşuları həddən artıq yüksəkdir ki,  bu da hipoproteinlərin tarazlığın pozur. Bu zaman orqanizmdə arzu olunan yağlar deyil , arzu olunmayan yağların faizi yüksəlir.

Həkim qeyd edir ki, bu baxımdan orqanizmdə xolestrinin artması, qaraciyərdə piylənmə, mədəaltı vəzidə bir sıra xəstəliklər yaranır. Mal ətinin tərkibində donmuş yağ turşularının olduğunu bildirən dietoloq, mal ətinin sərt ətlər qrupuna aid olduğunu və tərkibində orqanizm üçün faydalı olan bir sıra elementlərin olmasını  dedi.

Ətlərin qruplara bölündüyünü deyən Leyla Zülfüqarlı, insanların sağlam qidalanması baxımından ən çox balıq əti və dəniz məhsullarına yer vermələrini daha məqsədə uygun saydı.

Onun sözlərinə görə, bu qidaların tərkibi kalsi, fosfor,donmamış yağ turşuları ilə zəngindir.Bu qida məhsulları qoyun əti və mal əti ilə müqayisədə daha faydalı hesab olunur. Mal ətinin üstünlüyünə gəldikdə isə dietoloq bildirdi ki, bu ət qırmızı ət qrupuna aiddir, dəmir və bir sıra digər elementlərlə zəngindir. Bu baxımdan, bədənin dəmirə olan ehtiyacının ödənilməsi üçün  həftədə azı 2 dəfə mal əti ilə qidalanmaq məqsədə uyğun hesab olunur. Dietoloq onu da vurğuladı ki, qoyun ətinin ayda 1 dəfə yeyilməsi orqanızm üçün heç bir təhlükə yaratmır.Lakin qoyun ətinin və iç yağının insanlar tərəfindən geniş  istifadəsi təhlükəli xəstəliklərin – ürək – damar xəstəliklərinin yaranmasına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır