Yeni elastik yapışdırıcı ilə tikişə ehtiyac olmayacaq
06 OKTYABR
164

Yeni elastik yapışdırıcı ilə tikişə ehtiyac olmayacaq

Tikişə ehtiyac olmadan yaranı bağlayan yüksək elastik və yapışdırıcı xüsusiyyətlərə malik yapışqan cərrahi əməliyyata ehtiyacı tamamilə aradan qaldıra bilər.

Fins.az xəbər verir ki, bu barədə “Science Translational Medicine” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Sidney Universitetinin və Bostonun Şimal-şərq Universitetinin biosəhiyyə mühəndisləri bir əqiqə ərzində yaraları bağlamağa qadir olan “MeTro” adlı yapışqan hazırlayıblar.

Bu yapışqanın yüksək elastikliyi insan bədəninin müxtəlif hissələrində, o cümlədən ciyər, ürək və arteriyal damarlarda olan genişlənən və daralan yaraların hermetikləşməsi üçün onu əvəzedilməz edir.

“MeTro” yapışqanı ultrabənövşəyi şüa ilə işlədikdən sonra 60 saniyə ərzində tətbiq edilir və istifadə olunan ferment bir neçə saatdan bir neçə ayadək yaranın hermetikliyini saxlayaraq onun sağalmasına kömək göstərir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır