Azərbaycanda İİV-ə daha çox inyeksion narkotik istifadəsi nəticəsində yoluxurla
09 OKTYABR
552

Azərbaycanda İİV-ə daha çox inyeksion narkotik istifadəsi nəticəsində yoluxurla

Azərbaycanda İİV infeksiyasına yoluxma daha çox inyeksion narkotik istifadəsi nəticəsində olur.

Bunu Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, İİV daşıyıcılarının 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. Yoluxanların 7,4% -də yoluxma yolu müəyyən edilməyib. Azərbaycanda İİV-lə yaşayan 5269 nəfər rəsmi qeydiyyatdadır. İİV-ə yoluxanların 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır.

N.Zülfüqarov bildirib ki, hazırda QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfərdir. İndiyədək 828 nəfər İİV infeksiyasından dünyasını dəyişib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır