9 yaşlı qızın başını bədənindən ayırıb, əməliyyat etdilər – FOTO
16 OKTYABR
1198

9 yaşlı qızın başını bədənindən ayırıb, əməliyyat etdilər – FOTO

İsrailli həkimlər 9 yaşlı qızın həyatını xilas etmək üçün onun başını onurğa sütünundan ayırıblar.

Nadir hesab olunan və həyati riski yüksək olan bu əməliyyatı “Şnayder” və “Belinson” xəstəxanalarının israilli həkimləri həyata keçirib.

Onlar qızcığazın boynundakı şişi götürmək üçün onun  başını demək olar ki, bədənindən ayırıb, daha sonra yerinə tikiblər. Əməliyyat 12 saat davam edib və uğurla başa çatıb.

Həkimlər bildiriblər ki, əməliyyat riski həm də ona görə yüksək olub ki, xırda səhvlə 9 yaşlı qız ömürlük iflic ola bilərdi.

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır