Dünya Görmə Günündə 100-dən yuxarı gözdən əlil müayinə olunub
17 OKTYABR
85

Dünya Görmə Günündə 100-dən yuxarı gözdən əlil müayinə olunub

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar Qasımovun təşəbbüsü ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyində aksiya keçirilib. Tədbirin məqsədi göz xəstəlikləri ilə mübarizənin yollarını göstərmək, maarifləndirmə işləri aparmaq və problemlə üzləşənlərin müayinə və müalicəsini təmin etmək idi. 13 oktyabr – Dünya Görmə Gününə həsr edilmiş aksiyada 100-dən yuxarı gözdən əlil müayinə olunub və onlardan ehtiyacı olanlara eynəklər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır