Əməliyyatdan sonra əkizlər bir-birindən ayrıldı
17 OKTYABR
90

Əməliyyatdan sonra əkizlər bir-birindən ayrıldı

Demokratik Konqo Respublikasının qərb kəndlərinin birində dünyaya gələn yapışıq əkizlər, uğurlu əməliyyatdan sonra bir-birindən ayrılıb.

Tibb.fins.az-ın BBC-yə istinadən verdiyi məlumata görə , 37 həftəlik olan Annick və Destin adlı körpələr avqust ayında dünyaya gəlib. Qarınlarını bitişik olan əkizlərin, bəzi daxili orqanlar ümumi idi.

Demokratik Konqo Respublikasında əvvəllər yapışıq əkizləri bir-birindən ayırma əməliyyatı edilməyib.

Əkizlər Kinşasada könüllü həkimlər tərəfindən əməliyyat edilib. Cərrah, əməliyyatın müvəffəqiyyətli olduğunu və körpələrin üç həftə boyunca müşahidə altında qaldıqdan sonra evlərinə göndəriləcəyini söyləyib.

Dünyada, hər 200 min doğuşdan , birində yapışıq əkizlər dünyaya gəlir. Bu körpələrin sağ qalması əsasən onların yaşadığı mühitdən asılıdır.

Həkimlər kənd şəraitində normal doğuşla dünyaya gələn körpələrin həyatda qalmasını, "möcüzə" adlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır