"Fizioterapiyada müasir texnologiyalar" mövzusunda elmi-praktik seminar keçirildi
17 OKTYABR
80

"Fizioterapiyada müasir texnologiyalar" mövzusunda elmi-praktik seminar keçirildi

Tibb.fins.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2017-ci il oktyabrın 14-də Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzində "Fizioterapiyada müasir texnologiyalar" mövzusunda elmi-praktik seminar keçirilib. Əsasən fizioterapevt və reabilitoloqların dəvət aldığı seminarda həmçinin beynəlxalq mütəxəssislər də iştirak ediblər.

Tibb elmləri namizədi, dosent, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tibbi bərpa, reabilitasiya və kurortologiya kafedrasının assistenti T.Lukyanova“Fizioterapiyada müasir texnologiyalar”, “Baku Clinic”-in Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri S.Cəfərov və AFFA-nın (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) Baş həkimi V. Xomenko “Kliniki hallar” mövzusunda məruzə ilə çıxış ediblər.

RMDM-in Bakı Ürək Mərkəzində yaradılmış şərait, peşəkar mütəxəssislər və müasir tibbi avadanlıqların köməyi ilə göstərilən xidmət barədə Mərkəzin Fizioterapiya və reabilitasiya şöbəsinin əməkdaşı təqdimat edib.

Bildirilib ki, ökəmizdə ilk dəfə fizioterapiya və reabilitasiya sahəsində kardioreabilitasiyanın mərkəz şəklində yaradılması xüsusi özəllikdir. Burada həmçinin disk yırtqlarının cərrahiyyəsiz müalicəsinin aparılması xüsusilə qeyd edilməlidir.

Reabilitasiyanın bütün sahələrinin – nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın eyni mərkəzdə cəmləşməsi də RMDM-i digər tibb müəssisələrindən fərqləndirən cəhətdir. Hədəf isə ölkədə bütün növ reabilitasiya xidmətlərinin ən yüksək səviyyədə inkişafına nail olmaqdır.

Fizioterapiya və reabilitasiya şöbəsində cərrahiyyəsiz, dərmansız və güvənli müalicə həyata keçirilir, bütün pasiyentlərə fərdi nəzarət olunur.

Burada qeyri-invaziv biocərrahiyyənin ən yeni üsulu olan zərbə-dalğalı terapiya, lazer və tekar terapiyanı, maqnitoterapiya, akupunktura, manual terapiya və massaj, limfodrenajı tətbiq edir.

Seminar Zərbə-dalğalı terapiya və Yüksək intensivli lazer üzrə praktik məşğələlərlə davam edib. Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır