Baş anestezioloq: “Cərrahi əməliyyatlarda hər zaman risk mövcuddur”
17 OKTYABR
67

Baş anestezioloq: “Cərrahi əməliyyatlarda hər zaman risk mövcuddur”

Tibb.fins.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu gün Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Anestezioloq Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açaraq mərkəzin direktoru Hikmət Həsənov son illər səhiyyə, o cümlədən anesteziologiya sahəsində əldə edilən uğurlardan danışıb. Sonra mərkəzin ayrı-ayrı bölmələrində anesteziologiya-reanimatologiya bölmələrinin müdirləri xidmət sahələrində həyat keçirilən əməliyyatlar, onların statistikası və tətbiq olunan anesteziologiyanın keyfiyyəti barədə məlumat veriblər.

Qeyd edilib ki, Mərkəz 2005-ci ildə fəaliyyətə başlayandan indiyə qədər Doğum şöbəsinin anesteziologiya-reanimatologiya bölməsində 2101 əməliyyat aparılıb, onlardan 1966-cı mamalıqla əlaqədar, 135-i ginekoloji əməliyyatlardır. Həmin əməliyyatların 18% ümumi, 82% yerli narkozla aparılıb. 

Hazırda Mərkəz ən son texnologiyalara cavab verən avadanlıqlarla təchiz olunub. Bu günə qədər müəssisəyə müraciət edən xəstələrin əməliyyata qədər bütün prosedurları ardıcıllıqla keçirdiyi üçün əməliyyatlar uğurla başa çatır. 

Tədbirdə bildirildi ki, xəstəxanada yenidoğulmuşlara xüsusi qayğı göstərilir. 

Həmçinin, tədbir ilə əlaqədar çıxış edərək Səhiyyə Nazirliyinin baş anestizioloq-reanimatoloqu Aydın Qədirov Respubikada səhiyyə sahəsində maddi-texniki bazanın yenilənməsi, davamlı inkişaf sahəsində ardıcıl görülən tədbirlərdən danışıb. Onun sözlərinə görə, son 10 ildə ölkədə yeni kadrların hazırlanması sahəsində uğurlu iş aparılıb.

Baş anestizioloq deyib ki, ilk dəfə 1846-cı il oktyabrın 16-da Marton adlı diş həkimi xəstəyə efir narkozu verərək boyun nahiyyəsindəki şişi çıxarıb: "Uğurla keçən əməliyyatdan sonra həmin əlamətdar gün dünya səhiyyəsində də qeyd olunmağa başlayıb.

Ölkəmizdə anestiziologiya-reanimatologiya sahəsində praktiki cəhətdən çox böyük nailiyyətlər əldə olunub. Bu gün respublikada elə bir tibb mərkəzi yoxdur ki, orada anestiziologiya-reanimatologiya şöbəsi olmasın".

Aydın Qədirov onu da qeyd edib ki, həkimlik çox çətin və məsuliyyətli peşədir. Cərrahi əməliyyatlarda hər zaman risk mövcuddur. Bu riski artıran ilkin səbəblərdən biri xəstələrin öz sağlamlıqlarına diqqət etməməsidir. Əminliklə deyə bilərik ki, ölkəmizdə bu sahədə yüksək səviyyəli xidmət göstərilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır