“Hepatit A” virusunu qarşını almaq üçün fövqəladə vəziyyət elan olundu
19 OKTYABR
86

“Hepatit A” virusunu qarşını almaq üçün fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Kaliforniya ştatında Hepatit A virusundan 19 nəfər dünyasını dəyişib.

Tibb.fins.az BBC-yə istinadən xəbər verir ki, Kaliforniya ştatının qubernatoru Jerry Brownun fövqəladə vəziyyət elan etdikdən bir həftə sonra Hepatit A epidemiyasından 19 nəfər dünyasını dəyişib.

Keçən ilin noyabr ayından etibarən 500-dən çox evsiz insan Hepatit A virusuna yoluxub.

Brown, həftə sonu Hepatit A epidemiyasının qarşısını almaq üçün Kaliforniya əyalətində Los Angeles, San Diego və Santa Cruz şəhərində fövqəladə vəziyyət elan edib.

San Diegoda keçən ay Hepatit A ilə mübarizə çərçivəsində evsiz insanların qaldığı küçələr başda olmaqla şəhərdə bəzi bölgələrin paltar suyu ilə yuyulması haqqında qərar verilib.

Şəhərdə epidemiya ilə mübarizə üçün 19 min nəfərin peyvənd olunduğu bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır