Xərçəngin müalicəsi üçün dərman hazırlandı
19 OKTYABR
803

Xərçəngin müalicəsi üçün dərman hazırlandı

Belçikada “Celyad” adlı biotexnologiya şirkəti inkişaf etdirdikləri dərman sayəsində daha əvvəl heç bir müalicəyə müsbət cavab verməyən bir leykemiya (qan xərçəngi) xəstəsinin, kimyaterapiyaya ehtiyac olmadan yaxşılaşdığını bildirib. Belçikalı şirkətə görə, bu dünyada xərçəng müalicəsi baxımından bir ilkdir.

Şirkət xərçəng xəstələrində immunitet sistemini gücləndirən bir dərman üzərində çalışır. Bu dərmanla birlikdə xəstənin bədənindən hüceyrələr alınaraq, genetik olaraq dəyişdirilir. Beləliklə, dərmanın xərçəng hüceyrələrini daha asan tanıyıb, onları ortadan qaldırması təmin olunur.

Dərman ABŞ və Belçikadakı xərçəng xəstələri üzərində sınaqdan keçirilib.

Daha əvvəl tətbiq olunan müalicələri nəticəsiz qalan xəstəyə aşağı dozada dərman verilib. Müalicə sonrası xərçəng hüceyrələrin tamamilə yox olduğu müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır