Azərbaycanda dializ xəstələrinin sayı çoxalıb
23 OKTYABR
146

Azərbaycanda dializ xəstələrinin sayı çoxalıb

Hazırda respublikanın 38 dializ mərkəzində 3356 xəstə hemodializ müalicəsinə cəlb olunub. Bunu Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib. Onun sözlərinə görə, onlardan 1600 nəfəri Bakıda, 1856 nəfəri isə regionlarda hemodializ qəbul edir. Xəstələrin 90,2%-i dializ müalicəsinə arterio-venoz fistula yolu ilə, 2%-i 2 yollu damar(körpücükaltı, yuqulyar) kateri ilə, 2.5 %-i isə permanent kateterlə qoşulur.

F. Babayev deyib ki, hemodializ müalicəsinə cəlb olun ən kiçik xəstənin 9, ən yaşlı xəstənin isə 82 yaşı var.

Qeyd edək ki, ötən ilin 9 ayında hemodializ müalicəsinə cəlb olunana xəstələrin sayı 3100 olub. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır