Miqren - baş ağrıları
30 OKTYABR
66

Miqren - baş ağrıları

 Elə əzabverici ağrılar var ki insanı həyatından küsdürür.
Miqren baş ağrıları məhz belə ağrılardandır. Başınızdakı ağrılara ürəkbulanma, işıq və səsə qıcıqlanma da qoşulur. O an düşünə bildiyimiz tək bir şey başımızdakı o qorxunc ağrıdır.
Miqren ümumiyyətlə tibbi bir problem olaraq bilinir. İlk miqren atakından sonra başınızda ağrı törədən mərkəzlər yaranmağa başlayır. Yəni başımız ağrımağa adət edir. Miqren ataktı keçirmiş insanda ağrı yaranma ehtimalı heç atak keçirməmiş bir insanla müqayisədə daha yüksəkdir. Hər bir miqren xəstəsi ilk miqren atakını istisnasız xatırlayır. Ağrı çox şiddətlidir və ümumiyyətlə nə vaxtsa xəstəni xəstəxanaya gətirib çıxardır. 
Nevroloji müdaxilə ilə birlikdə ağrının bir qismi nəzarətə alınmaqla xəstə bir ay ərzində ən azı 2 və ya 3 ağrılı gün keçirdir. Atakları şiddətli keçirən insanlarda ağrının özü travmatik bir dövr halına gəlir. Xəstələr təkrar atak keçirməmək üçün çox sıx ağrıkəsici dərmanlara baş vururlar. Ancaq illər ərzində bu cür dərmanların ağrıları provokasiya etməsinə fikir vermirlər.
Miqren diaqnozu qoyulan insanlar nevroloji müalicə almalı, ağrını ortaya çıxardan travmatik dövrlərlə əlaqədar psixoloji dəstək almaq üçün nəzarətə götürülməlidir və mütəxəssis yardımı görülməlidir.
   Miqren özünü aşağıdakı formalarda biruzə verir:
 - Miqren özünü şiddətli baş ağrısı şəklində biruzə verir;
 - Birtərəfli (göz, başın yarısı) və ya yayılmış ola bilər;
 - Kəskin nəbzvari;
 - Orta və ya ağır intensivliklə;
 - 4 dəqiqə ilə 72 saat arası davam edə bilən şiddətli baş ağrısı atakları şəklində davam edə bilər.

Miqren baş ağrısının şiddəti, yeri, şəkli, baş vermə intensivliyinin davamı eyni adamlarda belə dəyişə bilər. Genetik ötürülmə mövcuddur. Əsasən yeniyetmə çağında başlayır. 30-40 yaşlar başlanğıc üçün ən gözlənilməyən yaşlardır və yaş artdıqca azalır. Qadın və kişilərdə rastgəlmə tezliyi 3/1-ə nisbətindədir. Nevroloji və digər müayinələr normaldır. 
   İnstrumental müayinələr: 
 - Koronal MRT;
 - KT angioqrafiya;
 - EEQ;
 - Laborator müayinələr və testlər digər xəstəlikləri inkar etmək üçün aparılır.
   Miqren aurası 
   Miqren baş ağrılarında aura ola bilər. Aura xəbərdaredici məna daşıyır. Miqren atakı ilə birlikdə, ya da təmamilə sərbəst yarana bilər. Miqren atakından əsasən 4 dəqiqə - 1 saat əvvəl başlayır. Sadə işıq qığılcımı, qara nöqtələr, ziq-zaq cizgiləri, görmənin tam və ya yarımçıq tutulması şəklində ola bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır