Öd daşı xəstəliyi
30 OKTYABR
79

Öd daşı xəstəliyi

 Xroniki kalkulyoz xolesistit (Öd daşı xəstəliyi)

   Öd daşı xəstəliyi çox yayılmış xəstəlikdir. Qadınlarda öd daşı xəstəliyi kişilərə nisbətən çox olur. Öd daşı ödün tərkibində olan xolesterindən, öd piqmentlərindən və onların kalsium ilə qarışığından ibarət olur. Əksər hallarda (80%-ə qədər) daşların xolesterin mənşəli olması müşahidə edilir.

   Öd kisəsində daşların əmələ gəlməsi bir çox amillərdən:
 - Qidalanmanın xüsusiyyəti; 
 - Hərəkət azlığı;
 - Maddələr mübadiləsinin pozulması;
 - Öd kisəsinin selikli qişasında iltihabi proses;
 - Öd durğunluğu və ya ödün axma sürətinin azalmasından asılıdır.

   Maddələr mübadiləsinin pozulması dedikdə ödün tərkibində xolesterinin və ya başqa maddələrin miqdarca çoxalması yox, onların normal konsentrasiyaları arasındakı olan münasibətin pozulması başa düşülür.
   İlkin baş vermiş ağrılar keçdikdən sonra xəstələr özlərini yaxşı hiss etsələr də sağ qabırğaaltı nahiyədəki ağırlıqdan, küt ağrılardan və onların yağlı xörəklərin qəbulu ilə əlaqədar atmasından, ağızda olan acılıqdan, qarnın köpməsindən və s. şikayətlənirlər. Xroniki kalkulyoz xolesistitin (xroniki öd daşı) ən çox təsadüf edən ağırlaşması kəskin xolesistitdir, lakin bəzi az hallarda öd kisəsinin kəskin iltihabi daş olmadıqda da mümkündür.
   Xroniki kalkulyoz xolesistitin və onların ağırlaşmalarının radikal müalicəsi ancaq operativ yolladır. Müasir dövrdə öd daşı xəstəliyi əməliyyatı qapalı şəraitdə yəni, laparoskopik üsulla icra olunur.

© hekimtap.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır