1 Noyabr – Ağciyər Xərçəngi ilə Mübarizə Günüdür
01 NOYABR
93

1 Noyabr – Ağciyər Xərçəngi ilə Mübarizə Günüdür

Ağciyər xərçənginin təsadüfetmə halları siaqret çəkmənin intensivliyi və davamiyyəti ilə sıx əlaqədardır. Müəyyən edilmişdir ki, gündə iki qutu və daha çox siqaret çəkənlər arasında ağciyər xərçənginə tutulma ehtimalı siqaret çəkməyənlərə nisbətən 20 dəfə artıqdır. Müəyyən edilmişdir ki, siqaretlərə qoyulmuş filterlər kanserogen maddələrin ağciyərə keçməyinin qarşısını almır. Ağciyər xərçəngi bronxların selikli qişasından və selik ifraz edən bronxial vəzilərin epitelindən inkişaf edir.

Ağciyərin bronxogen xərçəngi

Ağciyərin bronxogen (bronx mənşəli) xərçənginin klinik gedişi öz müxtəlifliyi ilə fərqlənir. Məlumdur ki, belə bir vəziyyət şişin inkişafı fonunda ağciyərdə çox hallarda kliniki gedişi əsas simptomları təşkil edən ikincili dəyişikliklərin (atelektaz, pnevmoniya, ağciyərin absesi, qanqrenası, plevrit və s.) əmələ gəlməsi ilə əlaqədardır. Bu dəyişikliklər ən çox mərkəzi xərçəng şişi üçün xarakterikdir. Xərçəng şişinin bu tipli lokalizasiyasında və endobronxial (bronxdaxili) inkişafında bronx mənfəzinin erkən stenozlaşması (daralması) və ağciyərin həmin bronxla ventilyasiya olunan sahəsində, atelektazın meydana çıxması baş verir.

Patoloji prosesə cəlb olunmuş bronxun diametri və endobronxial inkişaf etmiş şişin həcmi nə qədər böyükdürsə, ilk ümumi klinik və ikincili dəyişikliklərlə əlaqədar əlamətlərin meydana çıxması da bir o qədər kəskin və ağır olur.
Bronxogen xərçəngin ilk və daimi klinik əlamətlərindən öskürəyi, qanhayxırmanı və təngnəfəsliyi qeyd etmək olar. Endobronxial xərçəng şişinin erkən dövründə təsadüf edən öskürək adətən, bronxun selikli qişasının qıcıqlanması ilə əlaqədardır. Bronx mənfəzinin stenozlaşmasında və infeksiyanın prosesə əlavə olunmasında öskürəklə yanaşı selikli irinli bəlğəmin ifraz olunması baş verir. Şişin sonrakı inkişaf mərhələsində destruktiv prosesin törənməsindən bəlğəmdə qan lifləri ayırd edilir. Bəzən bəlğəmdə qan qarışığı artır və qanhayxırma xarakterini alır.

Papiros çəkən xəstələr uzun müddət öskürdükləri və eləcə də bəlğəm xaric etdiklərindən bu simptomlarm kəskinləşməsini nəzərə almırlar, laqeydlik göstərirlər və ağciyər patologiyasının inkişafının erkən mərhələsində həkimə müraciət etmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır