Piylənmə nədir?
01 NOYABR
79

Piylənmə nədir?

Piylənmə indiki vaxtda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən əhəmiyyətli sağlamlıq problemləri arasında iştirak etməkdədir. Piylənmə ümumi olaraq bədənin yağ kütləsinin yağsız kütləyə nisbətinin həddindən artıq artması nəticəsində baş verməsidir. Yetişkin kişilərdə bədən ağırlığının 15-18%-i, qadınlarda isə 20-25%-də yağ toxuması meydana gətirməkdədir.

Səhiyyə Nazirliyin son açıqlamasına əsasən, Azərbaycanda əhalinin 60 faizi piylənmədən əziyyət çəkir. Hazırda gənclərdə sürətlə və həddən çox piylənmə gedir. Piylənmədən əziyyət çəkənlərin 40 faizi gənclərdir, çünki qidalanma rejiminə riayət etmirlər.

Artıq çəki xəstəliyinin səbəbləri?

 - Həddindən artıq və səhv qidalanma vərdişləri;
 - Qeyri-kafi fiziki fəaliyyət;
 - Yaş, cins;
 - Təhsil səviyyəsi, sosial - mədəni faktorlar;
 - Hormonal və metabolik faktorlar;
 - Genetik faktorlar;
 - Psixoloji problemlər;
 - Tez-tez çox aşağı enerjili diyetlər tətbiq;
 - Siqaret- spirt istifadə vəziyyəti;
 - İstifadə edilən bəzi dərmanlar (antideprasantlar və s.);
 - Doğum sayı və doğumlar arası müddət.

Piylənməyə gətirib çıxardığı sağlamlıq problemləri:

 - Şəkərli diabet;
 - Ürək dammar  xəstəliyi, hipertansiyon;
 - Qanda xolesterinin yüksəkliyi;
 - Metabolik sindrom;
 - Öd kisəsi xəstəlikləri;
 - Bəzi xəstəlik növləri (qadınlarda öd kisəsi, endometriyum, yumurtalıq və döş xərçəngləri, kişilərdə isə prostat xərçəngləri);
 - Osteoartrit;
 - İflic;
 - Qaraciyər piylənməsi;
 - Tənəffüs çətinliyi, astma;
 - Hamiləlik ağırlaşmaları,aybaşı nizamsızlıqları;
 - Həddindən artıq tüklənmə;
 - Əməliyyat risklərinin artması;
 - İctimai uyğunlaşmazlıqlar;
 - Xüsusilə tez-tez çəki çoxalıb-artma  nəticəsində dəri altı yağ toxumasının çox olması səbəbiylə dəri infeksiyaları, göbələk infeksiyaları;
 - Əzələ-skelet sistemi problemləri.

© Hekimtap.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır