Autizm nədir?
02 NOYABR
364

Autizm nədir?

Autizm – anadangəlmə və ya həyatın ilk illərində meydana çıxan, sosial, fiziki və zehni inkişaf problemləri ilə görünən qarışıq bir nevroloji inkişaf pozulmasıdır. Autizm diaqnozu nevroloqlar və psixiatrlar tərəfindən qoyulur və müalicə edilir. Yaranma səbəbləri məlum deyil. Genetik olduğu düşünülməkdədir. Autizm - Autizmin spektr pozuntuları arasında daha çox rast gəlinənlərdəndir.

   Autizmin spektr pozuntularının növləri bunlardır:
 - Autizm
 - Asperger sindromu
 - Rett sindromu
 - Uşaqlıq dezinteqrativ pozuntu
 - Atipik autizm
   Autizmli uşaqlarda daha çox rast gəlinən əlamətlər bunlardır:
 - Başqalarıyla göz təmasının olmaması və ya zəif olması;
 - Adını çağırdıqda baxmaması və reaksiya verməməsi;
 - Söylənənləri eşitmir kimi davranması;
 - İstədiyi şeyi barmağıyla göstərməməsi;
 - Oyuncaqlarla oynamağı bacarmaması;
 - Uşaqlarla oynamağa maraq göstərməməsi, uşaq dostlarının az olması və ya olmaması, öz yaşıdlarıyla oynamamaq, daha çox özündən kiçiklərlə oynamağa meyil göstərməsi;
 - Xəyali oyunları (oyuncaqlarla evcik oyunu, məktəbli oyunu, həkimlik oyunu) oynamamaq;
 - Bəzi sözləri təkrar-təkrar söyləməsi (exolaliya), uyğun olmayan sözlərin yersiz istifadə etməsi;
 - Səbəbsiz ağlama və gülmə;
 - Sallanmaq, çırpınmaq kimi qəribə hərəkətlər etməsi;
 - Öz bildiyi kimi davranması, həddən artıq hərəkətlilik;
 - Gözlərini bir nöqtəyə zilləməsi;
 - Oyuncaqları döndərməsi, sıraya düzməsi;
 - Jest və mimikanın az olması;
 - Təkliyi xoşlaması;
 - Çox yavaş yeriməsi, barmaq ucunda yeriməsi, dönmə hərəkətləri etməsi;
 - Əlinə aldığı bir şeyi iyləməsi;
 - Hərəkət edən əşyalara, ventilyatora, fırlanan təkərə, axan suya, yanıb sönən işığa uzun müddət baxması;
 - Ağrıya qarşı laqeyd olması;
 - Səslərə qarşı həddən artıq həssas reaksiya verməsi və ya laqeyd olması;
 - Ehtiyacını ifadə etməməsi, hərəkətlərlə bildirməsi;
Bu əlamətlərin bir neçəsi uşağınızda müşahidə olunursa həkimə müraciət olunmalıdır. Erkən vaxtda diaqnoz qoyulmasının çox böyük əhəmiyyəti var.

© Hekimtap.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır