Təkrar ZOB əməliyyatı fəsad yaradır
02 NOYABR
90

Təkrar ZOB əməliyyatı fəsad yaradır

Qalxanvari vəzin cərrahi əməliyyatlarında toxumanın tamamilə götürülməsi məsləhətdir. Əməliyyat öncəsi tam hazırlanılmayan xəstələrdə, yəni biyopsiyasız, endokrinoloqun konsultasiyası alınmadan və subtotal dediyimiz vəzin bir hissəsi qalaraq icra edilmiş əməliyyatlarda sonra xəstələrdə residiv halı baş verir. Bu zaman xəstənin yenidən əməliyyat olması gərəkli olur. Hər yeni əməliyyat isə xəstədə fəsad riskini xüsusi ilə qalxanvari ətraf vəzin və səs telinin zədələnmə riskini artırır, və texniki baxımdan yapışıqlara görə çətin olur. Bütün bunların olmaması üçün həm xəstə həm də həkim üzərində məsuliyyət durur. Cərrahdan asılı olan xəstəni və xəstəliyi düzgün qiymətləndirmək, endokrinoloq, radioloq və ya radionuklid, patohistoloq mütəxəssisi ilə daima rabitədə olmaq və əməliyyat qərarını konsilium ilə almaqdır. Xəstədən asılı faktor isə həkimini və ya əməliyyat olacağı mərkəzi düzgün seçməli xəstəliyi haqqında isə kifayət qədər məlumat almaqdır.

Video linkini (https://youtube.com) yerləşdirdiyim 40 yaşında qadın xəstə 4 il əvvəl biyopsiyasız tələsik şəkildə əməliyyata alınmış və təəssüfkü toxumaların bir hissə çıxardılaraq əməliyyat olunmuşdur. 4 il sonra isə bu xəstəlik yenidən təkrarlanmış və bəd xassəliyə şübhəli düyün aşkarlanmışdır. Yeni bir əməliyyat xəstə üçün yeni travma və həyəcandır. Alınmış konsilum qərarı ilə xəstəyə tamamlayıcı tireoidektomiya əməliyyatı icra edilmişdir. Əməliyyat sonrası dövrdə fəsad olmamasına baxmayaraq psixoloji olaraq xəstə narahat olmuşdur.

Video görüntüdə əməliyyat görüntüsü yerləşdirilmişdir, özünü narahat hiss edənlərə baxmamağı tövsiyə edirəm.

©tibb.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır