Astiqmatizm
03 NOYABR
113

Astiqmatizm

Astiqmatizm – gözün optik sisteminin defekti və gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Astiqmatizmin əsas səbəbi buynuz qişanın qeyri-sferik olmasıdır, yəni əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları.

Gözdə iki əsas, bir-birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şuasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma qüvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadangəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur.
Bu görmə itiliyini zəiflətmir. Maraqlısı ondadır ki, cavan insanlarda buynuz qişanın astiqmatizmi daha böyük olduqda belə, o görməyə təsir etmir. Lakin presbiopiyanın başlaması ilə, belə gözlərdə astiqmatizm özünü göstərir. Bu, onunla izah olunur ki, cavan yaşlarında gözün uyğunlaşdırıcı mexanizmləri bülluru ayrı-ayrı meridianlarda qeyri-bərabər dartırlar. Yəni buynuz qişanın astiqmatizminə cavab olaraq büllurun astiqmatizmi yaranır. İllərlə gözün akkomodasiya qabiliyyəti zəifləyir və büllur buynuz qişanın astiqmatizmini kompensasiya etmək bacarığını itirir.

Astiqmatizm anadangəlmə olduğuna görə görmə sisteminin inkişafdan qalması müşahidə oluna bilər (ambliopiya). Buna görə də korreksiyadan daimi istifadə etmək lazımdır. Astiqmatizmin optik korreksiyasının bütün növlərinin çatışmazlıqları var. Eynəklə korreksiya zamanı məkanın pozulması və meridional anizeykoniya əmələ gəlir. Kontakt linzalarla korreksiyanın problemləri mövcuddur. Standart linza yüksək astiqmatizm zamanı buynuz qişada dayanmır.Astiqmatizim mualice olunmadigda cepgozluluye ve gorme funksiyasinin keskin asagi dusmesine getirib cixarir.Bugunku gun astigmatizim mualicesinde 3 usuldan ist edirler Eynek,kotarakt linza ve cerrahiyye.Eynek ,kotarakt linzalar bu xesteliyi mualice etmirlse sadece girmeni korrekte edirler .Teesuf ki astigmatizimden yalniz cerahhiye yoluyla can gurtarmag mumkundur .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır