Körpənin gözlərindən irin axır. Nə etmək lazımdır? – VİDEO
03 NOYABR
112

Körpənin gözlərindən irin axır. Nə etmək lazımdır? – VİDEO

1 yaşına qədəri olan körpələrin anaları kifayət qədər tez-tez uşağın bir və ya iki gözündə irinin əmələ gəlməsi ilə üzləşir.

Bu halda ana mütləq uşaq oftalmoloquna müraciət etməlidir. Bu simptom göz yaşı kisəciyinin iltihabı olan "dakriosistit" xəstəliyinin əlaməti ola bilər.

Göz yaşları çox vacib funksiyaları yerinə yetirir - gözləri ora düşən müxtəlif mikroskopik hissəciklərdən (toz, qum və s.) mexaniki olaraq təmizləyir, gözləri nəmləndirir, qurumaqdan qoruyur. Göz yaşları həm də gözlərə düşən mikrobları zərərləşsizləşdirir.

Göz yaşları gözləri yuyandan sonra xüsusi göz yaşı kanalı ilə burun boşluğuna axır. Məhz bu səbəbdən ağlayanda bizdə burunun tutulması hissi yaranır.

Körpənin göz yaşı kanalı ananın bətnində nazik pərdə ilə örtülü olur. Uşaq doğulandan sonra bu pərdə yırtılır. Lakin bəzən bu baş vermir. Həkimlərin müşahidələrinə görə, körpələrin 5-6%-ndə göz yaşı kanalı bağlı qalır ki, bunun nəticəsində göz yaşları burun boşluğuna axa bilmir, burada durğunluq və nəticədə iltihab yaranır. Bu hal "dakriosistit" adlandırılır.

Körpənin gözlərindən daim göz yaşları və irin axmağa başlayır, göz kisəciyi (gözün buruna yaxın olan küncündə yerləşir) iltihablaşır, bu sahədə şişkinlik və qızartı əmələ gəlir.

Bu halda mütləq uşaq oftalmoloquna müraciət etmək lazımdır. Adətən həkim gözlərin antiseptik vasitələrlə yuyulması, göz damcıları və xüsusi massaj təyin edir. Massajın bu vəziyyətdə çox böyük əhəmiyyəti var. Massajın köməyi ilə göz yaşlarının normal axmasına mane olan maneəni tədricən yox etmək mümkündür. Əksər hallarda müəyyən müddətdən sonra massaj və göz damcıların köməyi ilə bu problemi həll etmək mümkün olur.

Dakriosistitin ilk simptomlarında mütləq həkimə müraciət edin. Müalicəsiz buraxılmış bu pozulma fəsadlar verir və sonra daha çətin müalicə metodların tətbiqini (göz yaşı kanalın yuyulması və xüsusi zondla açılması) tələb edir.

Videoda həkim körpənin gözlərinə damcıların tökülməsi qaydasını və massajın texnikasını göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır