“Caspian Energy Medical Forum”a qeydiyyat başlayıb
03 NOYABR
59

“Caspian Energy Medical Forum”a qeydiyyat başlayıb

“Caspian Energy Medical Forum”a qeydiyyat başlayıb.

Bu barədə “Caspian European Club”dan məlumat verilib.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, noyabrın 15-də “Caspian Energy Forum”un Azərbaycanın Səhiyyə Nazirliyinin dəstəyi ilə keçiriləcək səhiyyəyə həsr olunmuş xüsusi sessiya (Caspian Energy Medical Forum) iştirakçıların qeydiyyatı başlayıb.

Telman Əliyev qeyd edib ki, forumun açılışında səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştirak edəcək və o, səhiyyə sahəsində həyata keçirilən islahatlar, yeni texnologiyanın tətbiqi barədə danışacaq.

Onun sözlərinə görə, forum çərçivəsində biznesmenlərə həmçinin səhiyyə sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq.

Biznes-forumda noyabrın 14-dək aşağıdakı link üzrə qeydiyyatdan keçmiş şirkətlər edə bilərlər: http://www.caspianenergy.org/index.php/registration/item/132-caspian-energy-business-forum-25-10-2017

Forumun bütün iştirakçı şirkətləri “Caspian European Club”un idarə heyətinə keçiriləcək seçkilərdə iştirak etmək üçün bülleten əldə edəcəklər. Seçkilərin nəticəsi elə həmin gün təşkil olunacaq ənənəvi “CEO Lunch Baku”da açıqlanacaq.

Qeyd edək ki, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum neft və qeyri-neft sektoru şirkətlərinin biznes əlaqələrinin qurulması, problem və təkliflərinin müzakirəsi üçün ənənəvi meydan rolunu oynayır. “Caspian European Club” və “Caspian American Club”un sədri prezident İlham Əliyevdir.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda “Caspian Energy İnternational Media Group”un və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club” dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin orta və kiçik biznesin və startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır