Balqabaq deyib keçməyin – PROSTATIN MÜALİCƏSİ
03 NOYABR
149

Balqabaq deyib keçməyin – PROSTATIN MÜALİCƏSİ

Möcüzə yaxşı şeydir, vallah. Vəziyyət xarabdır, artıq heç nə yardım etməz dediyin anda part deyib möcüzə baş verir və hər şey bir anda düzəlir. Gözlərim yaşarır bunu düşündükcə. Lakin soyuq reallıq, bax o görmək istəmədiyimiz həqiqət həmişə öz düzəlişini verir. Doğrusu, həqiqət də elə möcüzədən geri qalmır. Bəxtimiz gətirib, yəni.

Kişilərdə prostat böyüməsi, adenom haqqında eşitmisiniz, deyil mi? Bir də balqabaq, xüsusilə də tumlarının bu vəziyyəti düzəltdiyini də yəqin bilirsiniz o zaman. Yaxşı, bu balqabaq necə bir şeydir ki, prostat böyüməsinin qarşısını alır? Hətta, bəziləri böyümüş prostatı kişiltdiyini belə söyləyir. Nədir bu? Yoxsa…… möcüzədir?

Hər şeyin yenisi, dostun köhnəsi. Prostat dostumuz olsa da, yenisi daha yaxşıdır, deyəsən.

İnsan orqanları, əşşi nəinki orqanları, lap elə insan orqanizminin özü də nə qədər yenilənsə də, inkişaf etsə də, hər bir əşya kimi gedərək köhnəlir. İndi, həkimə yaraşacaq şəkildə, yəni elmi dildə desək, orqanizm və prostat gedərək qocalır. Suyun təsiri ilə gedərək paslanan dəmir mismar kimi prostat da zamanla böyüyür, “paslanır” bir növ. Prostatın öz təravətini, gözəlliyini itirməsinə hansı “su”, və ya nə səbəb olur

Normalda 20 qram çəkisi olan prostat zamanla gedərək qocalıq və ölçülərini artırır. EAU materialları əsasında Dr. Vasif İsmayıl tərəfindən uyğunlaşdırılmışdır.

Prostat vəzi sidik kisəsinin altında yerləşən, içərisindən sidik kanalı keçən və toxum mayesinin içərisindəki toxumları (spermatozoidləri) qoruyan maddələr ifraz edərək nəsilartırmada rol alan bir orqandır. Onun öz işini həyata keçirməyi üçün hormonlara ehtiyac vardır. Prostatın fəaliyyətini tənzimləyən hormon isə Testosterondur.

Xayalardan və böyrəküstü vəzlərdən ifraz edilən Testosteron hormonu prostatın böyüməsində əsas rol oynayır. Şəklin mənbəyi cancer.gov

Testosteron həm xayalar, həm də böyrəküstü vəzlər tərəfindən ifraz edilir. Doğrusu, başqa yerlərdə də sintez gedir, ancaq əsas 2 yer yuxarıda sıralananlardır. Testosteron nə qədər faydalı olsa da, zamanla onun təsiri altında prostat gedərək böyüyür, adenom deyə adlandırılan daxili hissəsi ölçüsünü artırır, sidik kanalını sıxmağa başlayır. Su mismarı necə paslandırırsa, testosteron da prostatı o qədər qocaldır.

Testosteron 5-alfa reduktaz enzimi tərəfindən Dihidrotestosterona (DHD) çevrilərək fəallaşdırılır.

Çox haqlı bir sual meydana çıxır. Bu məsələlər balqabağın nə dəxli var?

Testosteron hormon kimi fəal deyil. Onu fəallaşdıran 5-alfa reduktaz adlanan enzim vardır. Bu enzim testosterondan Dihidrotestosteron (DHT) sintez edir və bu DHT əsas işi görür. Balqabağın tərkibində 5-alfa reduktaz enziminin fəaliyyətini dayandırır. Testosterondan DHT sintezi azalır. Testosteron kifayət qədər olsa da, fəal, iş görən DHT az olduğu üçün prostatı böyüdən və qocaldan səbəb ortadan qalxır.

Təbii

  • Afrika gavalısı
  • Yaşıl çay
  • Və s.

Ancaq, möcüzə baş vermədi deyə heç üzülməyin. Prostat neçə ilə qocalır? İllərlə, deyil mi? Elə isə, bir-iki aylıq dərman istifadəsi ilə hər şeyin düzələciyini niyə gözləyirdiniz?

Təbii 5-alfa reduktaz inhibitorlarının istifadəsi, yəni qida olaraq balqabaq istifadəsi, cırtdan palması, Afrika gavalısı ekstraktları prostatın qocalmasını gecikdirir. Şiddətlə məsləhətdir.

Dr. Vasif İsmayıl

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır