Elmi-Tibbi Şuranın növbəti toplantısı keçirilib
14 NOYABR
54

Elmi-Tibbi Şuranın növbəti toplantısı keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi -Tibbi Şurasının iclasının 06 ¬¬-noyabr 2017-ci il tarixli 26 saylı protokoluna əsasən toplantısı keçirilib.

Toplantının gündəliyinə “BMJ Pablişinq Qrup L Respublikasının Səhiyyə Nazirliyi arasında BMJ onlayn resursları olan “BMJ” Ən yaxşı praktika və “BMJ Tədris”in akkreditasiyası üzrə mexanizminin yaradılması istiqamətində Anlaşma Memarandumunun müzakirəsi daxil edilmişdir.

Məruzə ilə çıxış edən SN Kadr, elm və təhsil şöbəsinin mütəxəssisi T.Əhmədova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Mərkəzlərinin, Elmi-Tədqiqat İnstitutlarının 2012-2016- cı illər üzrə elmi fəaliyyəti haqqında hesabatla çıxış edib. Digər məruzələrdə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya Texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” nin icrası barədə” və.s mövzularla çıxış ediblər.Yekun olaraq “BMJ Pablişinq Qrup Limited” (BMJ) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında BMJ-nin onlayn resursları olan “BMJ Ən yaxşı praktika” və “ BMJ akkreditasiyası üzrə mexanizminin yaradılması istiqamətində Anlaşma Memarandumu təstiq edilib, SN tabeliyində olan Elmi Mərkəzlərin, Elmi-Tədqiqat İnstitutlarının 2012-2016 -cı illər üzrə elmi fəaliyyəti haqqında hesabat müsbət qiymətləndirilib, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası qəbulu olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır