Uşaqların 70 faizi icbari dispanserizasiyadan keçib
22 NOYABR
65

Uşaqların 70 faizi icbari dispanserizasiyadan keçib

“Bu ilin 9 ayı ərzində uşaq əhalisinin 70 faizi icbari dispanserizasiyadan keçib”.

Fins.az-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini bildirib ki, dispanseriya zamanı 180 min uşaqda müxtəlif xəstəliklər  – anemiya, görmə qüsurları və s. aşkarlanıb, 68 min uşaq dispanser qeydiyyatına götürülüb.

“İnsanlar çox zaman xəstəlikdən sonra həkimə üz tuturlar. Bu həm böyüklərə, həm də uşaqlara aiddir. Qeyd  etməliyəm ki, ölkənin 7,2 milyon nəfər böyük əhalisinin 5,5 milyonu sağlamlaşdırma tədbirlərinə cəlb olunub. Onların bir hissəsi sağlam həyata qayıdıb, digərləri isə dispanser müşahidəyə götürülüb”, –  deyə E. Ağayev qeyd edib.

© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır