Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 567 680 müraciət daxil olub
22 NOYABR
70

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 567 680 müraciət daxil olub

Bu ilin 10 ayında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 567680-dən artıq ümumi müraciət daxil olub.

Fins.az-nın məlumatına görə, tibb müəssisəsinin baş həkiminin müavini İradə Əliyeva bildirib ki, müraciətlərdən 52 965-dən çoxu xəstəxanalara yerləşdirilib: “Uşaqlar üçün edilən çağırışların sayı 65300-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 10480-dən artıq olub.

Bu müddətdə reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1600 nəfərdən çox olub. Ürək qan damar xəstəlikləri ilə müraciətlərin sayı 123375, hospitalizasiya 10287, miokard infarktı ilə müraciətlərin sayı 697, hospitalizasiya 657-yə yaxın, insultla müraciətlərin sayı 3100 , hospitalizasiya 27 72, doğuşla bağlı müraciətlərin sayı 2573, hospitalizasiya 2561, zədələnmələrin sayı 17250, hospitalizasiya 10734, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1937, hospitalizasiya 1691 olub ki, bu rəqəmdə də keçən illə müqayisədə artım qeyd edilir”.

İ. Əliyeva qeyd edib ki, tibb müəssisələrindən kənarda doğuşların sayı 83 olub və hamısı hospitalizasiya edilib: “Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 20893 nəfərdir. Bunlardan da 2926-sı uşaqlardır, hospitalizasiya 1915 nəfər təşkil edir. Bədbəxt hadisələr zamanı hospitalizasiya olunanların sayı 13962 olub ki, bunların da 1915 nəfəri uşaqdır”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır