Beynəlxalq təhsil kursu davam edir
27 NOYABR
113

Beynəlxalq təhsil kursu davam edir

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Bu istiqamətdə görülən işlər arasında beynəlxalq təhsilə xüsusi önəm verilir. Həmin sahədə Səhiyyə Nazirliyinin dəstəyi ilə atılan son addımllardan biri də Respublikamızda praktik səhiyyədə çalışan yüksək ixtisaslı əcnəbi mütəxəssislər heyətinin Ə.Əliyev adına ADHTİ-də keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunmasıdır. 2014-cü ildən başlayaraq institutumuzun pediatriya, terapiya, kardiologiya, şüa diaqnostikası, mamalıq və ginekologiya kafedralarında ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Belçika, Hollandiya və Rusiyadan gəlmiş yüksək ixtisaslı mütəxəssisləri təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər.

Ə.Əliyev adına ADHTİ ilə İ.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universiteti arasında bağlanmış müqavilə əsasında həkimlərimiz üçün müxtəlif səpkili təkmilləşdirmə kursları keşirilir, institutun bir sıra alimləri bu universitetin ayrı-ayrı kafedralarında iş təcrübəsində olurlar.Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı Respublikanın müxtəlif tibb idarələrinin həkimləri də iştirak edirlər.

Xəbər verildiyi kimi Ə.Əliyev adına ADHTİ-da beynəlxalq təhsil proqramı çərçivəsində İ.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin daxili xəstəliklərin propedevtikası kafedrasının professor-müəllim heyətinin iştirakı ilə 20.11.17–15.12.17-ci il tarixlərində “Qastroenterologiya” mövzusunda kurs keçirilir. Kursda professorlar Yelena Konstantinovna Baranskaya, Zinaida Aronovna Lemeşko, Oleq Samuiloviç Şifrin, Tatyana Lvovna Lapina mühazirələr oxuyacaq, məşgələlər aparacaqlar. Artıq bir həftədir həmin kurs başlanmışdır və kursun aparıcı müəllimi professor, t.e.d., RF hökümətinin elm və texnika sahəsində mükafatı Laureatı, müalıcə fakultəsinin daxili xəsətliklərin propedevtikası kafedrası – “Qastroenterologiya” ixtisası üzrə ixtisaslaşmış həkimlərin diplomdansonrakı hazırlıq kursunun professoru, Rusiya Milli Qastroenterologiya və hepatologiya məktəbinin icraçı direktoru, Amerika Qastroenteroloji Assosiasiyasının üzvü Yelena Konstantinovna Baranskayadır. Maraqlı keçən mühazirə və məşğələlərdə iştirak edən müdavimlər arasımda aparılan sorğu göstərdi ki, beynəlxalq təhsil kifayət qədər effektlidir və onların böyük marağına səbəb olmuşdur. Həkimlərimiz bu kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edəcəklərini bildlrdilər.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır