Bu müalicə üsulu hallüsinasiyaları aradan qaldırır – Tibbdə YENİLİK
29 NOYABR
153

Bu müalicə üsulu hallüsinasiyaları aradan qaldırır – Tibbdə YENİLİK

Hallüsinasiyalar şizofreniyalı şəxslərə xasdır və bu xüsusiyyət onların təhlükəli olmasının əsas səbəblərindəndir.

Baxmayaraq ki, xəstələr uyuşdurucu və əqli inkişafı bərpa üçün müalicəni davam etdirirlər, amma yenə də hər 4 xəstədən biri səslər eşitməyə, nələrisə görməyə davam edir. 

Fins.az Modern.az-a istinadən xəbər verir ki, İngiltərədə keçirilən bir sınaq nəticəsində aydın olub ki,  belə xəstələrin kompüterin ekranında avatarla üzləşməsi hallüsinasiyaların öhdəsindən daha yaxşı gəlmək üçün onlara kömək edir. Bu müalicəni alan xəstələr daha az narahat olurlar və digərləri ilə müqayisədə daha az səslər eşidirlər.

Mütəxəssislər bu terapiya üsulunun şizofreniya hallüsinasiyalarının müalicəsində vacib yenilik olduğunu qeyd edirlər. 

150 şizofreniya xəstəsi üzərində aparılan testin nəticələri "Lancet Psixiatry" jurnalında nəşr olunub. 2013-ci ildə isə bunun daha kiçik pilot tətbiqi nəzərdə tutulurdu. 

“King's College London” and “University College London” ali təhsil müəssisələrinin birgə işlədiyi bu araşdırmada, bir ildən çox səsləri eşitməyə davam edən 75 xəstəyə, avatar terapiyasının altı aylıq müalicə kursu tətbiq edilib. 

Digər 75 xəstə isə eyni dozada dərman müalicəsini davam etdirib. Avatar sessiyalarında, xəstələrin eşitdikləri və nəzarət etmək istədikləri səsləri təmsil etmək üçün  kompüter simulyasiyası yaradıblar ki, oraya səslənmə və görüntü də daxil edilib. 

Bundan sonra terapevtlər  xəstənin daha yüksək nəticə əldə etməsinə kömək etmək üçün 3 avatar obrazını səsləndirərək xəstə ilə söhbətləşməyə başlayıblar. 

12 həftə sonra digər müalicəyə nisbətən bu terapiyada əsaslı inkişaf olub. Belə ki “King's College London” un elm xadimi, professor Tom Kreyqin sözlərinə görə,  xəstələr, artıq avatarla üzləşməyi və onlardan cavab almağı öyrənirlər. 

İki məsləhətçi qrupu ilə avatar müalicə kursunda iştirak edən yeddi xəstə 12 həftədən sonra hallüsinasiyaların tamamilə yox olduğunu deyiblər. 

Ancaq 24 həftə ərzində hər iki qrupdakı xəstələr eyni səviyyədə inkişaf ediblər və bu, avatar müalicə kursunun uzunmüddətli seanslara ehtiyac duyduğunu sübut edir. 

Professor  Kreyq qeyd edir ki, bununla bağlı növbəti addım atılmalıdır. 

“Bu terapiya üsulunun digər yerlərdə necə işlədiyini öyrənmək vacibdir. Və hesab edirəm ki, bu terapiya üsulu hallüsinasiyaların müalicəsində olduqca əhəmiyyətlidir”. 

Edinburq Universitetinin Psixiatriya şöbəsinin müdiri, professor Stiven Lavrie isə tətbiq edilən sınağın mühiü əhəmiyyətə malik olduğunu, ancaq daha çox iş tələb etdiyini vurğulayıb. O əlavə edib ki, bu nəticələri yeniləmək və kimin bu müalicə üsulundan nə qədər faydalandığını öyrənmək üçün əlavə tədqiqat tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır