Bakıda riskli cərrahi əməliyyat - FOTOLAR
01 DEKABR
590

Bakıda riskli cərrahi əməliyyat - FOTOLAR

Azərbaycan Tibb Universitetinin (ATU)  Tədris Cərrahiyyə Klinikasının  həkimləri növbəti riskli və uğurlu əməliyyata imza atıblar.

Tibb.Fins.az Bu haqda klinikanın ortopediya və travmatologiya şöbəsinin müdiri, assistent, t.ü.f.d. Cəfər Nəsirli məlumat verİB.

 Onun sözlərinə görə 50 yaşlı A tip hemofiliyalı kişi xəstə sağ diz oynağının artrozu dianozu ilə klinikaya müraciət edib: 

“Məlum olub ki, bundan əvvəl həmin pasiyent Almaniyada əməliyyat olunub. Lakin əməliyyat uğursuz alınıb. 

Xəstənin diz oynağı “sementlənərək dondurulub”.  Belə ki, bundan sonra xəstənin ayağı normal hərəkət etməyib. Bu nəticəni gördükdən sonra xəstə bizim klinikaya müraciət edib. Biz xəstənin sağ diz oynağının reviziyon endoprotezləşdirilməsi cərrahi əməliyyatını icra etdik. Pasiyent hemofiliya xəstəsi olduğundan belə bir əməliyyatın aparılması daha çox riskli idi. Çünki əməliyyat zamanı qanaxma da ola bilərdi. Lakin həkimlərimiz bu ağır əməliyyatın öhdəsindən müvəffəqiyyətlə gəldilər”.

Qeyd edək ki, bundan əvvəl C.Nəsirli həmin xəstənin sol dizinə süni oynaq köçürülməsi icra edib. Bu dəfə daha geniş əməliyyat xəstənin sağ dizində uğurla keçirilib. Əməliyyat 4 saat davam edib. Əməliyyatın riskli olmasına baxmayaraq, əməliyyat uğurla aparılıb. Xəstə artıq əməliyyatdan 1 həftə sonra ayağa durub gəzə bilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır