“Növbəti ildə eşitmə və ürək qüsurlu insanların əməliyyatı üçün 4 milyon manat ayrılıb”
01 DEKABR
167

“Növbəti ildə eşitmə və ürək qüsurlu insanların əməliyyatı üçün 4 milyon manat ayrılıb”

"2018-ci ilin dövlət büdcəsinin xərclərində dəyişiklik zərurəti yaranıb. 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib".

Tibb.fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə eşitmə və ürək qüsurlu insanların müalicəsi üçün 4 milyon manat vəsait ayrılıb: “Bu məsələlər Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə iştirakı ilə dəqiqləşdiriləcək. Növbəti ildən dövlət büdcəsi hesabına eşitmə və ürək qüsurlu insanların əməliyyat ediləcək”.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır