Hər gün 40 qram yeyin - Ürək və damarları qoruyan MƏHSUL
05 DEKABR
110

Hər gün 40 qram yeyin - Ürək və damarları qoruyan MƏHSUL

Koreya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, hər gün 40 qr pendirin istehalkı ürək-damar sistemi xəstəliklərinin riskini xeyli azaldır.

The Deccan Chronicle xəbər verir ki, pendir qanda "pis" xolesterolun səviyyəsini aşağı salır, "yaxşı xolesterolun səviyyəsini artırır. Bu isə ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi olan aterosklerozun riskini azaldır.

Bundan əlavə pendirdə xüsusi turşu var ki, bu turşu damarların tıxanmasının qarşısını alır.

Pendirin istehsalında istifadə olunan xüsusi bakteriyalar immun sisteminə müsbət təsir edir, orqanizmdə iltihabın səviyyəsini aşağı salır, qocalmanı ləngidir.

Nəzərə almaq lazımdır ki, söhbət hər pendirdən getmir. Ən faydalı sarı, iri dəlikləri olan pendir növləri sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır