"Denqe" qızdırma xəstəliyinə qarşı peyvənd yığışdırıldı
05 DEKABR
88

"Denqe" qızdırma xəstəliyinə qarşı peyvənd yığışdırıldı

Filippin "Denqe" qızdırma xəstəliyinə qarşı ilk qeydiyyatdan keçmiş peyvəndin satışını ölkədə qadağan edib. Tibb.fins.az-ın məlumatına görə, eləcə də Ərzaq məhsulları və dərmana nəzarət üzrə İdarə həmin peyvəndin ölkədə yayılmasının qarşısını almaq üçün tədbirlərə keçib.

Buna səbəb Fransanın "Sanofi" istehsalçı-şirkətinin peyvəndin pasiyentlərdə əks fəsadlar yaratması barədə yaydığı məlumat olub.

Şirkət həmin peyvəndin dərhal satışdan çıxarılması barədə göstəriş verib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır