Dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icrası davam edir
05 DEKABR
122

Dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icrası davam edir

Transplantologiya cərrahiyyənin ən mürəkkəb sahələrindən hesab edilir.

Transplontoloji əməliyyatların uğurla aparılması ölkə səhiyyəsinin yüksək səviyyəsindən xəbər verir.
Respublikamızda böyrək transplantasiyası əməliyyatlarının tarixi 1971-72-ci illərə dayanır. Bu əməliyyatlar ilk dəfə akademik Mirməhəmməd Cavadzadə və onun komandası tərəfindən icra etmişdir.

Daim ölkə rəhbərliyi Azərbaycanda transplantoloji əməliyyatların tətbiqinə böyük diqqətlə yanaşmışdır. Bunun bariz nümunəsi kimi, ölkə başçısının tövsiyəsinə əsasən Nazirlər Kabinetinin təsdiqlədiyi böyrək transplantasiyasına dair Dövlət Proqramının adını çəkmək olar.

Həmin Proqram əsasında bu günə kimi ölkədə 100-dən artıq xəstəyə dövlət hesabına böyrək transplantasiyası uğurla icra edilmiş və xəstələr sağlamlıqlarına qovuşmuşlar.
Belə xəstələrdən biri də 15 ildir hemodializdə olan Q. Ağamətdur.

Akademik M.Cavadzadə adına Uroloji Mərkəzdə xəstəyə böyrək transplantasiyasını icra edən t.üzrə f.d. M.Kazımı xəstənin əməliyyatı digər əməliyyatlara nəzərən çətin və daha məsuliyyətli olduğunu bildirib.

Belə ki, uzun müddət dializdə olan xəstələrdə ürək damar çatmamazlığı əmələ gəlir. Bu xəstənin də ürək fəaliyyəti 30%, damarları isə keyfiyyətsiz olub. Texniki çətinliyə baxmayaraq xəstəyə bacısından alınan böyrək müvəffəqiyyətlə nəql edilib. Xəstə artıq normal vəziyyətdə evinə yazılıb. bundan sonra da həyatına normal, sağlam fərd kimi davam edəcək.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır