Qanvermə aksiyasında 150-dən çox xocavəndli məcburi köçkün iştirak edib
07 DEKABR
74

Qanvermə aksiyasında 150-dən çox xocavəndli məcburi köçkün iştirak edib

Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirilən könüllü qanvermə aksiyasında 150 nəfərdən çox insan qan verib.

Fins.az-ın xəbər verir ki, Səhiyyə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə reallaşan aksiyada xocavəndli məcburi köçkünlər fəal iştirak ediblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan müayinədən keçirildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır