Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçildi
08 DEKABR
703

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçildi

Bu günlərdə Azərbaycan Kardiologiya Cəmiyyətinin VI milli konqresi keçirilmişdir. Konqresdə Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri doktoru, professor Tofiq Cahangirov cəmiyyətin yeni sədri seçilmişdir.
T.Cahanqirov deyir ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli Konqresi üç gün davam etdi. Əvvəlcə, ATU-nun tədris terapevtik klinikasında gənc kardioloqlar üçün kurs təşkil edildi. Sonra isə Mərkəzi Klinik Xəstəxanada ürəyin anatomiyası kursu təşkil olundu, ürəyin aritmiya və işemik xəstəlikləri mövzusunda görkəmli tibb alimləri müzakirələr apardılar.
Azərbaycan, Türkiyə, Misir, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən nümayəndələr, eləcə də Avropa Kardiologiya Cəmiyyətinin məsul əməkdaşları bu mötəbər tədbirə qatılmış- dılar. Həmçinin, konqresdə Bakı, Gəncə, Sumqayıt şəhərləri də daxil olmaqla, 31 rayondan 700-ə yaxın kardioloq iştirak edirdi.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri doktoru, professor Tofiq Cahangirov 1963-cü ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olub. 1987-ci ildə Tibb Universitetini bitirib. 1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M. Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutunun ürək çatışmazlığı şöbəsində işə düzəlib. 1994-cü ildə ürək çatışmazlığı şöbəsində elmi işçisi,
1994-1997-ci illərdə isə institut klinikasının baş həkimi, 1997-ci ildən ürək çatışmazlığı şöbəsində böyük elmi işçisi vəzifəsində çalışmışdır. 70-dən çox elmi məqalənin, o cümlədən 2 monoqrafiyanın, 1 klinik protokol və bir dərsliyin müəllifidir.
Kardiologiya sahəsində beynəlxalq əlaqələrin qurulmasında onun mühüm xidmətləri olub. O, Rusiyanın Ürək Çatış- mazlığı üzrə Mütəxəssislər Cəmiyyətinin, həmçinin Ultrasəs Diaqnostikası üzrə Mütəxəssislər Assosiasiyasının, Avropa Ürək Çatışmazlığı Assosiasiyasının, Avropa Kardioloji Cəmiyyətinin üzvü, Avropa Ürək Çatışmazlığı Assosiasiyasının Azərbaycan Respublikası üzrə koordinatorudur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb uzrə Ekspert Şurasının üzvüdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır