Səhiyyə Nazirliyi: Meyitdən orqan köçürülməsi üzərində iş aparılır
13 DEKABR 2017
243

Səhiyyə Nazirliyi: Meyitdən orqan köçürülməsi üzərində iş aparılır

“Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir. Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”. 

Tib.ins.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü,  Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib. 

O bildirib ki, Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Şöbə müdiri qeyd edib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır