Səhiyyə Nazirliyi dərmandan zəhərlənmələrin səbəbini açıqlayıb
15 DEKABR 2017
443

Səhiyyə Nazirliyi dərmandan zəhərlənmələrin səbəbini açıqlayıb

“2016-cı illə müqayisədə bu il dəm qazından zəhərlənmələr azalıb”.

Tibb.fins.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.

O bildirib ki, əgər 2016-cı ildə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilmişdisə, 2017-ci ildə rəqəm 207 nəfər təşkil edib: “Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrdən 1 nəfəri ölüb”.

A. Maqsudov qeyd edib ki, dərman preparatlarından zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub və onlardan 602 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul olunub: “Həkim təyinatı olmadan qəbul edilən dərman preparatları, yüksək doza və ard-arda qəbul edilən dərmanlar zəhərlənmələrə səbəb olur və nəticədə ağır zəhərlənmə halları baş verir. Xəstələrə həkim müayinəsi olmadan və resept təyin edilmədən dərman qəbul etməyi məsləhət görmürük”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır